• ELU

30 minutes

Foundation doctors,Medical trainees

Xəstəxanaya müraciətlər: böyürdə ağrı - Arxivləşdirilmiş [?]

Tibbi təlim iştirakçıları üçün kəskin böyürdə ağrı və ya böyrək sancısı ilə müraciət etmiş pasiyenti necə qiymətləndirmək, düzgün diaqnoz qoymaq, tədqiqat nəticələrini şərh etmək və düzgün ilkin müalicəyə başlamağa dair xəstəlik hadisəsi üzərində qurulmuş modul

Öyrənmə nəticələri

Bu modulu tamamladıqdan sonra siz aşağıdakıları bilməli və bacarmalısınız:

  • Böyürdə ağrının və böyrək sancısının ən çox yayılmış və ciddi səbəblərini sadalamaq və ən çox yayılmış müşayiət edən simptomları təsvir etmək
  • Təcili venadaxili uroqram (TVU) və ya böyrək, sidik axarı və sidik kisəsinin (BSASK) kompüter tomoqrafiya (KT) müayinəsi üçün göstərişlər və əks göstərişləri təsvir etmək
  • Böyrək patologiyasının əlamətlərini aşkar etmək üçün tam müayinəni həyata keçirmək
  • İlkin tədqiqatları (qan analizləri, sidik analizi, sidiyin əkilməsi və mikroskopiyası, rentgenoqramlar, ultrasəs müayinəsi) sifariş etmək, şərh etmək və onların əsasında hərəkət etmək.
  • Müvafiq analgetik müalicə təyin etmək və infeksion səbəb ehtimal olunduqda, müvafiq antibiotiklərə başlamaq.

Bu öyrənmə məqsədləri BK Həkimlərin Kral Kollegiyalarının Birgə Təlim Şurasının əsas tibbi təlim tədris proqramında sadalanmış bacarıqlara əsaslanmışdır. Digər vacib mənzərələr - Böyürdə ağrı.

Yazılmışdır:

 Steysi Vardl,  Gemma Skott, Devid Makancula

Mütəxəssis tərəfindən nəzərdən keçirilmişdir:

Elora Muxerci

Son olaraq yenilənib

22 Sep 2016

Tərcümə tarixi

24 Feb 2017

Akkreditasiya

Akkreditor kredit Akkreditasiya bildirişi
BMJ Learning 1 kredit, 1:00 saat BMJ Learning has assigned one hour of credit to this module
Xəstəxanaya müraciətlər: böyürdə ağrı Rated 5/5 based on 4 customer reviews